Foreks: Dollar iyunun minimumuna doğru

18 Sentyabr 2018

ABŞ ilə Çin arasında münasibətlərin daha da gərginləşməsi və beynəlxalq siyasi risklərin artması, investorların diqqət mərkəzində, dollar təzyiq altında.

Foreks: Dollar iyunun minimumuna doğru

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. ABŞ iqtisadiyyatı ilə bağlı üçüncü rüb üzrə göstəricilərin zəif açıqlanması və Çin ilə münasibətlərin daha da gərginləşməsi riskləri özü ilə bərabər FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyi gözləntilərini də zəiflədir. Bu isə dolların daha da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. Nəticədə EUR/USD məzənnəsi də 1.17$-a kimi bahalaşıb və üzərində möhkəmlənərsə, 1.18$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


BREXIT fonunda risklər artır. 

GBP/USD məzənnəsi də 1.32$-a kimi bahalaşsa da burada “BREXIT” danışıqları fonunda risklər güclü olaraq qalır. Beynəlxalq Valyuta Fondu da İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” razılaşmasının əldə edilməməsinin London üçün mənfi nəticələrə gətirəcəyini açıqlayıb. Beləliklə, funt sterlinqdə 1.30$-a kimi ucuzlaşmanın da şahidi ola bilərik.


Qızılda bahalaşma güclənə bilər. 

Əlvan metallar bazarlarında da qızıl qiymətlərinin dünyada siyasi risklərin artdığı bir şəraitdə bahalaşa biləcəyi proqnozlaşdırılır. Hal-hazırda 1197$ üzərində ticarət edilən bir qram üzrə qiymət, bu səviyyənin üzərində qaldıqca, 1208$-a kimi də dəyər qazana bilər.