Foreks: Dollar əlavə 0.5% də ucuzlaşa bilər

28 Yanvar 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilsə də bundan artıq ucuzlaşma proqnozları güclüdür.

Foreks: Dollar əlavə 0.5% də ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində keçən həftə ərzində müşahidə edilən ucuzlaşmadan sonra korreksiyanın şahidi oluruq. 


ABŞ prezidenti ətrafında siyasi risklərin yenidən artması, Breksit fonunda yayılan müsbət2 xəbərlər, dolların digər valyutala nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. Beləliklə, keçən həftə ərzində dollar indeksi 96.48 punktdan 95.46 punkta kimi 1% ucuzlaşıb. Yeni həftənin Asiya sessiyasında 95.31 punkt ilə minimumları yeniləyən qiymət bundan sonra bahalaşaraq, korreksiyaya başlayıb.


Təhlillərə əsasən, dollar indeksi (DXY) 95.31 punktu yenidən qırarsa, 95.19, 95.03 və 94.82 punkta kimi də ucuzlaşa bilər.