Foreks: Dollar son 3 ilin minimumunlarında

17 Yanvar 2018

Bu gün yayımlanacaq Avrozonanın inflyasiya ilə bağlı fundamental məlumatları foreksdə ticarət aktivliyinin daha da artmasına səbəb ola bilər.

Foreks: Dollar son 3 ilin minimumunlarında

EUR: İnflyasiya göstəriciləri açıqlanacaq. 

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti 1.23$ ətrafında ticarət edilməkdədir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.2305$-ın üzərində möhkəmlənərsə, artım dalğası 1.2463$-a kimi də davam edə bilər.


Foreks: Dollar son 3 ilin minimumunlarında. 

Avronun bahalaşması, dünya birjalarında dolları da təzyiq altında saxlamaqdadır. Artıq dolların aparıcı valyutalara nisbətən orta qiyməti son 3 ilin minimum səviyyəsində ticarət edilir.


USD/TRY yenidən 3.85TL-ə kimi bahalaşa bilər. 

Nəticədə USD/TRY məzənnəsi də 3.83TL-ə kimi bahalaşdıqdan sonra yenidən 3.79TL-ə kimi ucuzlaşıb. Burada isə təhlillər onu göstərir ki, qiymətin yenidən 3.83 və 3.85TL-ə kimi bahalaşması üçün gələcək günlər ərzində 3.79TL-nin üzərində möhkəmlənməsi lazımdır.