Foreks: Dollar son bir ayın maksimumlarında

06 Aprel 2018

ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq vacib xəbərlər öncəsi dolların qiyməti son bir ayın maksimum səviyyəsi ətrafında dalğalanmaqdadır.

Foreks: Dollar son bir ayın maksimumlarında

ABŞ-dan vacib xəbərlər öncəsi son vəziyyət. 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi EUR/USD məzənnəsi 1.22$, GBP/USD məzənnəsi isə 1.40$ ətrafında ticarət edilməkdədir. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 4.05TL-ə ticarət edilir.


Əmtəə birjalarında qızılın bir unsiya üzrə yenidən 1330$, Avropanın Brent nefti isə 68$-a kimi dəyər qazanıb.


Foreks: Dollar son bir ayın maksimumlarında. 

Texniki analizlərə əsasən, son günlər dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən 0.9%-lik bahalaşma, qiymət son bir ayın maksimum səviyyəsi üzərində möhkəmlənərsə, əlavə olaraq 1.1% də güclənə bilər.