Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmaqda davam edir. Artıq EUR/USD məzənnəsi 1.14$-ın altında təklif edilir və bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın 3-cü rüb üzrə iqtisadi inkişaf göstəriciləri də investorların diqqət mərkəzindədir və valyuta birjalarında güclü dalğalanmaya səbəb ola bilər.
Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1230$ ətrafında dalğalanmaqdadır. Dolların qiymətində bahalaşma sürətlənərsə, bu, qızıl qiymətlərinin 1218$-a kimi ucuzlaşmasına səbəb ola bilər.