Foreks: Dollar son bir ilin maksimumunda

10 Avqust 2018

FED-in sərt monetar siyasəti və digər valyutalara olan tələbin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olur.

Foreks: Dollar son bir ilin maksimumunda

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşaraq, son bir ilin maksimum səviyyəsində ticarət edilməkdədir.


Nəticədə EUR/USD məzənnəsi də yenidən 1.15$-a kimi ucuzlaşıb və bu səviyyənin altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilir və 1.28$-ı da aşağı istiqamətdə qırarsa, 1.27$-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.70TL-ın üzərində möhkəmləndikcə 5.86TL-yə kimi də bahalaşa bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf və Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumaları da investorların diqqət mərkəzindədir və beynəlxalq valyuta birjalarında güclü dalğalanma gözlənilir.