10.08.2018 Foreks: Dollar son bir ilin maksimumunda

10.08.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

10.08.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks: Dollar son bir ilin maksimumunda. 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşaraq, son bir ilin maksimum səviyyəsində ticarət edilməkdədir.


Nəticədə EUR/USD məzənnəsi də yenidən 1.1516$-a kimi ucuzlaşıb və 1.1500$-ı da aşağı istiqamətdə qırarsa, 1.1447$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilir və 1.28$-ı da aşağı istiqamətdə qırarsa, 1.27$-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.65TL-yə kimi bahalaşıb və 5.86TL-yə kimi də bahalaşa bilər.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf və Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumaları da investorların diqqət mərkəzindədir və beynəlxalq valyuta birjalarında güclü dalğalanma gözlənilir.