Foreks: Dollar təzyiq altında

28 Avqust 2018

Amerika Mərkəzi Bankının siyasəti fonunda maliyyə bazarlarında gözləntilərin azalması, dollar indeksinin ucuzlaşmasına səbəb olur.

Foreks: Dollar təzyiq altında

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika sessiyasında son üç həftənin minimum səviyyəsinə kimi ucuzlaşıb. Amerika Mərkəzi Bankının (FED) cari ilin sonuna kimi əlavə faiz artımları fonunda qeyri-müəyyənliklərin artması dolların da 2% ucuzlaşmasına səbəb olub. 


Nəticədə EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.17$ və 1.29$-a kimi bahalaşıb. USD/TRY məzənnəsi isə 6.16TL-yə ticarət edilməkdədir.


Bu gün Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq Amerikanın istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Göstəricilər zəif açıqanarsa, bu, dolların ucuzlaşmasına, müsbət açıqlanarsa, bahalaşmasına təsir edə bilər.