Foreks: Dollar təzyiq altında qalmaqda davam edir

15 Mart 2018

Aparıcı valyutaların dollara nisbətən məzənnələrinin bahalaşması və ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan göstəricilər dolları təzyiq altında saxlayır.

Foreks: Dollar təzyiq altında qalmaqda davam edir

Avro 1.24$-a kimi bahalaşdı. 

Belə ki, EUR/USD məzənnəsi çərşənbə günü 1.2347$-a kimi ucuzlaşsa da, bu gün səhər yenidən 1.2380$-a kimi bahalaşıb.  Avro/Dollar məzənnəsi 1.2446$-a kimi də bahalaşarsa, artım dalğasının 1.2550$-a kimi də güclənə biləcəyi proqnozları aktual olaraq qalır.


GBP 1.40$-a kimi bahalaşıb. 

GBP/USD məzənnəsinin isə 1.3953$-ın üzərində qaldıqca, bahalaşmanın 1.4103$-a kimi davam edəcəyi proqnozlaşdırılır.


Qızıl qiymətləri 1327$-ın üzərində. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1327$ ətrafında ticarət edilməkdədir və 1341$-a kimi dəyər qazana bilər.