Foreks: Dollar ucuzlaşmağa başladı

02 May 2018

Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental göstəricilərin gözləniləndən də zəif açıqlanması, dolların ucuzlaşmasına səbəb olub.

Foreks: Dollar ucuzlaşmağa başladı

Dünya valyuta birjalarında Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin də artıq zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına təsir edib.


EUR: 1.21$ yenidən sınağa çəkilə bilər bilər. 

Belə ki, EUR/USD məzənnəsi 1.1980$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşaraq, 1.20$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.2010$-ın üzərində möhkəmlənərsə, 1.2050 və 1.2082$-a kimi də bahalaşa bilər.


Türkiyə bazarlarında da dollar ucuzlaşdı. 

Türkiyə bazarlarında da dollar 4.12TL-a kimi bahalaşdıqdan sonra 4.10TL-ə kimi ucuzlaşıb. Beləliklə, burada da qiymət 4.09TL-ı aşağı istiqamətdə qırarsa, 4.07TL-ə kimi ucuzlaşa bilər.


Qızıla olan tələb arta bilər. 

Əlvan metallar bazarlarında isə qızıla tələb yenidən artıb və 1310$-ın üzərində ticarət edilməkdədir. Qlobal iqtisadi risklərin artdığı bir şəraitdə qızıla olan tələbin daha da arta biləcəyini nəzərə alaraq, qiymətin əlavə olaraq 1313 və 1316$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.