Foreks: Dollar ucuzlaşmaqda

11 Oktyabr 2018

Bu gün Amerikadan açıqlanacaq inflyasiya ilə bağlı fundamental məlumatlar, dolların gələcək istiqaməti fonunda önəmli rol oynayacaqdır.

Foreks: Dollar ucuzlaşmaqda

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri keçən həftənin önəmli səviyyəsini qırmaqla, aşağı istiqamətli hərəkətini daha da sürətləndirib. Təhlillərə əsasən, dolların qiymətləri cari səviyyələrin altında qalarsa, əlavə olaraq 1%-ə kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, dolların qiymətlərində cari ucuzlaşma orta qiyməti son üç ayın minimum səviyyəsi üzərində qaldıqca, korrektiv qiymətləndirilir və artım dalğasının yenidən müşahidə edilə biləcəyi ehtimalları güclü olaraq qalır. Amerika Mərkəzi Bankının (FED) yüksək faiz dərəcəsi isə bu proqnozları gücləndirən əsas fundamental amildir. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


Beləliklə, EUR/USDGBP/USD məzənnələri 1.16$ və 1.32$-a, lirənin qiyməti isə 6.07TL-yə ticarət edilir.