11.10.2018 Foreks: Dollar ucuzlaşmaqda

11.10.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

11.10.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks: Dollar ucuzlaşmaqda. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri keçən həftənin önəmli səviyyəsini qırmaqla, aşağı istiqamətli hərəkətini daha da sürətləndirib. Təhlillərə əsasən, dolların qiymətləri cari səviyyələrin altında qalarsa, əlavə olaraq 1%-ə kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


Beləliklə, EUR/USD və GBP/USD məzənnələri 1.16$ və 1.32$-a, lirənin qiyməti isə 6.07TL-yə ticarət edilir.