Foreks: Dollar ucuzlaşsa da yenidən bahalaşa bilər

02 Avqust 2019

Yenidən pozulan ABŞ-Çin münasibətləri, Avro və funtda ucuzlaşma proqnozları və ABŞ-dan dərc ediləcək əmək bazarı göstəriciləri diqqət mərkəzindədir.

Foreks: Dollar ucuzlaşsa da yenidən bahalaşa bilər

ABŞ Çin arasında münasibətlər daha da gərginləşir

Beynəlxalq maliyyə bazarlarında Amerikanın Çinə qarşı yeni gömrük rüsumları tətbiqinə başlaması və sərt bəyanatları, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.7% ucuzlaşmasına səbəb olub. 

Avro və funt sterlinqin ucuzlaşması proqnozları gündəmdə

Beləliklə, EUR/USD məzənnəsi 1.11$, GBP/USD məzənnəsi isə 1.22$-a kimi bahalaşıb. Lakin avronun 1.09 və funtun 1.20$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 

Qızılın bahalaşması trendində dönüş

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1449$-a kimi dəyər qazanıb. Lakin Asiya sessiyasında 1430$-a kimi geri çəkilən qiymət 1440$-ın altında qaldıqca, yenidən 1400$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

ABŞ-dan önəmli göstəricilər açıqlanacaqdır

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.