02.08.2019 Foreks: Dollar ucuzlaşsa da yenidən bahalaşa bilər

02.08.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

22.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ Çin arasında münasibətlər daha da gərginləşir. 

Beynəlxalq maliyyə bazarlarında Amerikanın Çinə qarşı yeni gömrük rüsumları tətbiqinə başlaması və sərt bəyanatları, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.7% ucuzlaşmasına səbəb olub. 


Avro və funt sterlinqin ucuzlaşması proqnozları gündəmdə. 

Beləliklə, EUR/USD məzənnəsi 1.11$, GBP/USD məzənnəsi isə 1.22$-a kimi bahalaşıb. Lakin avronun 1.09 və funtun 1.20$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. 


Qızılın bahalaşması trendində dönüş. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1449$-a kimi dəyər qazanıb. Lakin Asiya sessiyasında 1430$-a kimi geri çəkilən qiymət 1440$-ın altında qaldıqca, yenidən 1400$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


ABŞ-dan önəmli göstəricilər açıqlanacaqdır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.