Foreks: Dollar və ABŞ-dan ÜDM göstəricisi

28 Fevral 2019

Son günlər ucuzlaşan dolların qiymətlərinə güclü təsir edəcək göstəricilər arasında ABŞ-ın iqtisadi inkişaf göstəriciləri də diqqət mərkəzindədir.

Foreks: Dollar və ABŞ-dan ÜDM göstəricisi

Son günlərdə ABŞ dollarının dünya maliyyə bazarlarında ucuzlaşdığının şahidi oluruq. Qrafikə nəzər yetirdikdə dollar indeksi qiymətlərinin 97.17 bənd səviyyəsindən 95.70 səviyyəsinə kimi enişinin şahidi oluruq.


Bu gün Bakı vaxtı il saat 17.30-da Amerikadan açıqlanacaq ÜDM-də dəyişiklik ilə bağlı olan xəbər bazar iştirakçılarının diqqət mərkəzindədir.


Qeyd edək ki, keçən rübün nəticələrinə əsasən ÜDM-da artım tempi 3.4% açıqlanmışdır, bu gün isə artım tempinin 2.6% açıqlanacağı proqnozlaşdırılır.


Göstəricilərin gözləntidən daha yüksək açıqlanması, dollar üçün pozitiv, daha aşağı açıqlanması isə neqativ olaraq dəyərləndirilir.