Foreks: Dollar yeni minimumlara doğru

04 İyun 2019

Beynəlxalq valyuta birjalarında ABŞ-dan mənfi göstəricilərin yayımlanması, dolların ucuzlaşmaqda davam edə biləcəyi proqnozlarını artırır.

Foreks: Dollar yeni minimumlara doğru

ABŞ-dan mənfi göstəricilər və dolların ucuzlaşması. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bazar ertəsi ABŞ-ın sənaye sektoruna dair açıqlanan mənfi statistik göstəricilərdən sonra daha da ucuzlaşıb. Dolların əlavə olaraq 0.3% ucuzlaşaraq, may ayının minimumunu qıracağı proqnozlaşdırılır.


Brent nefti 58$-a kimi dəyər itirə bilər. 

Amerika kimi inkişaf etmiş ölkələrdə iqtisadi dinamikanın zəifləməsi, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir etməkdədir və qiymətlərin ucuzlaşması müşahidə edilir. Təhlillərə əsasən, 61$-a ticarət edilən Avropanın Brent neftinin bir barel qiyməti, 58$-a kimi də dəyər itirə bilər.


Qızıla olan tələb artır və 1366$-a kimi bahalaşa bilər. 

FED-in iki faiz azaldılmasına gedə biləcəyi ehtimalları, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına da təsir etməkdədir. Qızılın bir unsiya üzrə qiyməti bazar ertəsi 1328$-a kimi dəyər qazanıb və 1329$-ı yuxarı istiqamətdə qırarsa, 1340 və 1366$-a kimi də dəyər qazana bilər.