Foreks: Dollar yenidən ucuzlaşa bilər

09 Fevral 2018

Aparıcı valyutaların dollara nisbətən qiymətlərinin önəmli dəstək səviyyələri üzərində ticarət edilmələri, yenidən bahalaşa biləcəyi siqnallarını verir.

Foreks: Dollar yenidən ucuzlaşa bilər

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində cari həftə ərzində 1.7% ucuzlaşsa da, bu, müvəqqəti amillərlə qiymətləndirilir və yenidən bahalaşa biləcəyi proqnozları aktuallığını qorumaqdadır.


Avro 1.22$-ın üzərində. 

Belə ki, EUR/USD məzənnəsi 1.22$-a kimi ucuzlaşdıqdan sonra 0.7% bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.22$-ın üzərində ticarət edildikcə, yenidən 1.24$-a kimi bahalaşa bilər.


GBP/USD 1.39$-ın üzərində. 

İngiltərə funt sterlinqin qiyməti də 1.39$-ın üzərində qaldıqca, 1.41$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


USD/TRY 3.83TL-nin altında. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.83TL-nin altında qaldıqca, 3.78TL-ə kimi ucuzlaşa bilər.