Foreks: Dollar yenidən ucuzlaşır

07 Fevral 2018

Beynəlxalq valyuta bazarıarında dolların ucuzlaşması nəticəsində avro, neft və qızıl qiymətlərində artım müşahidə edilir.

Foreks: Dollar yenidən ucuzlaşır

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən ucuzlaşmağa başlayıb. Nəticədə EUR/USD məzənnəsi də 1.23$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Qiymət 1.2400$ üzərində möhkəmlənərsə, 1.2452$ və 1.2517$-a kimi də bahalaşa bilər.


Əmtəə bazarlarında da qızıl və neft qiymətləri cari həftə ərzində 2% ucuzlaşdıqdan sonra dəyər qazanmağa başlayıblar. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1320$-a kimi ucuzlaşsa da, yenidən bahalaşaraq, 1326$-ın üzərində ticarət edilməkdədir. Qiymət bu səviyyənin üzərində qalarsa, 1337 və 1349$-a kimi də dəyər qazana bilər.


Avropanın Brent neftinin bir barel qiyməti isə 66$-a kimi ucuzlaşdıqdan sonra bu gün 67$-ın üzərində ticarət edilməkdir. Burada da təhlillər onu göstərir ki, qiymət bu səviyyənin üzərində qalarsa, 68 və 69$-a kimi də bahalaşa bilər.