Foreks: Dollar zəif sürətdə olsa da, bahalaşmaqdadır

08 May 2018

Dünyada fundamental risklərin artması, aparıcı valyutaların da dollara nisbətən məzənnəllərinin ucuzlaşmaqda davam etmələrinə təsir edir.

Foreks: Dollar zəif sürətdə olsa da, bahalaşmaqdadır

Avro 1.19$-ı aşağı istiqamətdə qırdı, Lirə yenidən 4.28 səviyyələri ətrafında. 

Belə ki, EUR/USD məzənnəsi bazar ertəsi ucuzlaşaraq, 1.19$-ın altında ticarət edilib. Beləliklə, qiymət 1.19$-ın altında ticarət edildikcə, 1.1828$ və 1.1770$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Türkiyə bazarlarında da dollar yenidən bahalaşaraq, 4.28TL-a ticarət edilir və 4.30TL-ə kimi də bahalaşa bilər.


Neft və Qızıl qiymətlərində stabillik. 

Əmtəə bazarlarında isə neft və qızıl qiymətlərində stabillik müşahidə edilir. Avropanın Brent nefti bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləməkdə davam edir. Beləliklə, 76.30$-a kimi dəyər qazanan bir barel üzrə qiymət 78.08$-a kimi də dəyər qazana bilər. Qızılın bir unsiya üzrə qiyməti isə 1310-1317$ aralığında dalğalanmaqdadır və qiymət 1317$-ın üzərində möhkəmlənərsə, 1326 və 1333$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.