Foreks: Dollara tələb artır, əlavə 0.2% bahalaşa bilər

06 Mart 2019

Beynəlxalq valyuta birjalarında son günlər avronun qiymətlərində ticarət aktivliyi azalıb, dollara olan tələb artır. TCMB-nin qərarı diqqət mərkəzində.

Foreks: Dollara tələb artır, əlavə 0.2% bahalaşa bilər

Avropa və Türkiyə mərkəzi banklarının açıqlamaları gözlənilir. 

Beynəlxalq valyuta birjalarında böyük maraqla gözlənilən Avropa Mərkəzi Bankının açıqlamalarına bir gün qalmış avronun qiymətləri ucuzlaşaraq, 1.13$-a ticarət edilməkdədir. 


Türkiyə birjalarında USD/TRY məzənnəsi isə 5.38TL-nin üzərində təklif edilir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı və monetar siyasətinə dair açıqlamaları da investorların diqqət mərkəzindədir.


Cari şərait dollara olan tələbin artmasına səbəb olur. 

Cari şəraitdə valyuta birjalarında dollara olan tələbin artması, digər aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir etməkdədir və çərşənbə axşamının maksimum səviyyəsini qırarsa, fevral ayının maksimum səviyyəsinə kimi də 0.2% bahalaşa bilər.