Foreks: Dollara təzyiq edən amillərin aktuallığı

29 İyun 2018

Dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən ucuzlaşmağa başlayıb və 1.3%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Foreks: Dollara təzyiq edən amillərin aktuallığı

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerikada hökümət əleyhinə keçirilən kütləvi etiraz dalğası fonunda 0.7% ucuzlaşıb və 1.3%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Amerika iqtisadiyyatı ilə bağlı statistik məlumatların zəif açıqlanması da dolların qiymətinə təzyiq edən amillərdir.


Belə ki, Amerika iqtisadiyyatı birinci rübdə rüblük müqayisədə 2.0% böyüyüb. Bu göstərici 2017-ci ilin birinci və dördüncü rüblərində müvafiq olaraq 1.4 və 2.9% idi. Bu haqda məlumatlar cümə axşamı Amerikanın statistika idarəsi tərəfindən verilmişdi. Əmək bazarı ilə bağlı verilən məlumatlarda isə işsizlik müavinətlərinin sayında artımın iyun ayının maksimum səviyyəsinə çatması göstərilib. Beləliklə, iyun ayı üzrə demək olar ki, Amerikanın bütün sahələrində iqtisadi geriləmə müşahidə edilir. Bu, müvəqqəti amil kimi qiymətləndirilsə də, dolların artım dalğasında dinamikanın zəifləməsinə təsir edir. 


Avro və Lirədə bahalaşma. 

Nəticədə EUR/USD məzənnəsi bahalaşaraq, yenidən 1.16$-ın üzərində ticarət edilir və 1.1660$-a kimi bahalaşaraq üzərində möhkəmlənərsə, 1.1740$-a kimi də bahalaşa bilər.

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnə 4.57TL-yə kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 4.48TL-yə kimi də ucuzlaşacağı proqnozlaşdırılır.

Bu gün Bakı vaxtı ilə saat 13:00-da dərc ediləcək Avrozonanın inflyasiyası ilə bağlı önəmli fundamental göstəriciləri də investorların diqqət mərkəzindədir.