07.06.2019 Foreks: Dollarda 0.5%-lik bahalaşma proqnozu

07.06.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

07.06.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ-dan əmək bazarı göstəriciləri açıqlanacaqdır. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi may ayının minimum səviyyələri ətrafında dalğalanmaqdadır.


Amerikanın məşğulluq səviyyəsində aylıq artım 200 min nəfəri keçərsə və əmək haqlarında artım dinamikası 0.3% və ya daha çox olarsa, dollarda 0.5%-lik bahalaşma müşahidə edilə bilər.