Foreks: Dollarda 0.6%-lik ucuzlaşma

24 May 2019

Beynəlxalq valyuta birjalarında çərşənbə günü dolların qiymətlərində zəifləyən bahalaşma dalğası, cümə axşamı ucuzlaşma ilə davam etdi.

Foreks: Dollarda 0.6%-lik ucuzlaşma

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin Amerika sessiyasında sürətlə ucuzlaşmağa başlaması, EUR/USD kimi önəmli məzənnələrin və qızıl qiymətinin dəyər qazanmasına səbəb olub.


Belə ki, EUR/USD məzənnəsi son iki ilin minimum səviyyəsini yenilədikdən sonra sürətlə bahalaşmağa başlayıb və 1.12$-a ticarət edilməkdədir və beləliklə, sözügedən səviyyənin üzərində möhkəmlənə biləcəyi proqnozları da artmağa başlayıb.


Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1287$-a kimi 1%-dən çox bahalaşıb və 1278$-ın üzərində qaldıqca, bahalaşma 1290 və 1293$-a kimi davam edə bilər.