Foreks: Dollarda 1%-lik ucuzlaşma proqnozları

11 İyul 2019

Jerom Povelin açıqlamalarında sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma 1% də davam edə bilər.

Foreks: Dollarda 1%-lik ucuzlaşma proqnozları

Beynəlxalq valyuta birjalarında Amerika mərkəzi bank sədrinin açıqlamalarından sonra dolların digər aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmağa başlayıb. 


Bu gün Bakı vaxtı saat 16:30-da ABŞ-dan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental göstəricilər dolların qiymətlərində ucuzlaşmanı daha da sürətləndirə bilər. 


Təhlillərə əsasən, dolların qiymətləri əlavə olaraq 1% də ucuzlaşa bilər.