Foreks: Dollarda bahalaşma başladı

12 Mart 2019

Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsində alış əməliyyatlarının bağlanması ilə dolların qiymətlərində bahalaşma başlayıb.

Foreks: Dollarda bahalaşma başladı

Dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma başlayıb. Təhlillərə əsasən, dolların orta məzənnəsi Asiya sessiyasının müqavimət səviyyəsini qırarsa, 0.3% də bahalaşa bilər. 


Bahalaşma bu gün İngiltərə parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit sazişi səs verməsinin keçirilməsi fonunda treyderlərin funt və digər aparıcı valyutalarda olan əməliyyatlarını bağlamaları ilə əlaqələndirilir. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, bazar ertəsi Tereza Mey ilə Yunkerin verdiyi birgə bəyanatdan sonra GBP/USD məzənnəsində 1.3288$-a kimi 2.5% bahalaşma olub. Bundan sonra korreksiyaya başlayan məzənnə, bu gün Avropa sessiyasında İngiltərə iqtisadiyyatı ilə bağlı fundamental məlumatların açıqlanmasından sonra 1.3137$-a kimi korreksiyasını dərinləşdirib.