Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) dekabr ayında növbəti faiz artımına gedə biləcəyi ehtimallarının daha da artması, avro və lirənin qiymətlərinə təzyiqləri də artırır.
Dünya bazarlarında FED-in ilin sonuna kimi uçot faiz dərəcələrinin yuxarı sərhədini 2.50%-ə kimi artıra biləcəyi ehtimallarının yüksəlməsi, dollara olan tələbin artmasına təsir etməklə, digər valyutalara nisbətən məzənnələrinin də bahalaşmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, FED-in noyabr ayının 8-i və dekabr ayının 19-u faiz qərarları açıqlanacaqdır.
EUR/USD məzənnəsi 1.15$-ın altında qaldıqca, 1.14$-a kimi 1%-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi yenidən bahalaşaraq, 5.70TL-nin üzərində təklif edilməkdədir və bu səviyyənin üzərində möhkəmlənərsə, 5.98TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qızılın ucuzlaşması proqnozları.
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti çərşənbə axşamı 1239$-a kimi bahalaşsa da ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. Qiymət 1229$-ı da aşağı istiqamətdə qırarsa, 1216$-a kimi də dəyər itirə bilər.