Foreks: Dollarda ucuzlaşma 0.4%-ə kimi davam edə bilər

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında EUR/USD, GBP/USD bahalaşmaqda, USD/JPY və USD/CHF məzənnələri isə ucuzlaşmaqdadır.

Foreks: Dollarda ucuzlaşma 0.4%-ə kimi davam edə bilər

ABŞ Şimali Korya liderləri arasında çərşənbə günü açıqlanan müsbət xəbərlərdən sonra foreks bazarlarında dollar 0.3% bahalaşsa da bu gün görüşün vaxtında tez bitməsi anlaşmazlığa dair məlumatların yayılmasından sonra yenidən ucuzlaşmağa başlayıb. 


Uzun müddətli perspektivdə isə Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti fonunda faiz artımı ehtimallarının azalması da diqqət mərkəzində saxlanılmalıdır. 


Belə ki, EUR/USD məzənnəsi Avropa sessiyasında 1.1366$-da dəstək görərək, 1.1398$-a kimi bahalaşıb. GBP/USD məzənnəsi də 1.3300$-ın üzərində möhkəmlənməyə çalışır. Bununla yanaşı, EUR/GBP məzənnəsi də diqqət mərkəzində saxlanılmalıdır. Avronun funta nisbətən qiymətində bahalaşma başlayıb və dünya birjalarında 0.8564 funta ticarət edilməkdədir. 


USD/JPY məzənnəsi 110.65 yen, USD/CHF məzənnəsi 0.9943 franka kimi ucuzlaşıb. 


Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən orta qiymətləri təqribən əlavə olaraq 0.4%-ə kimi ucuzlaşa bilər.