Foreks: Dollarda ucuzlaşma başladı

19 Fevral 2019

Dünya valyuta birjalarında dolların ucuzlaşması, digər aparıcı valyutaların və qızılın bahalaşmasına təsir edir, lirəyə qarşı təzyiqlər isə qalmaqdadır.

Foreks: Dollarda ucuzlaşma başladı

Dolların ucuzlaşması və Avronun bahalaşması. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 2019-ci ilin maksimum səviyyələrinə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin keçən həftə ərzində mənfi açıqlanması, dolların 0.7% ucuzlaşmasına təsir edib.

Beləliklə, EUR/USD məzənnəsi də yenidən 1.13$-in üzərində ticarət ediləməkdədir və 1.1340$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1362 və 1.1452$-a kimi də bahalaşa bilər.


Lirə fonunda təzyiqlər qalmaqda və 5.36TL-yə kimi ucuzlaşa bilər. 

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.26TL-də dəstək görməkdədir. Təhlillərə əsasən, USD/TRY məzənnəsi, 5.32TL-ni yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.36TL-yə kimi də davam edə bilər.

Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi riskləri, ölkə vaxlyutasına təzyiq edən əsas amillər arasındadır.


Qızıla olan tələb son doqquz ayın maksimumunda. 

Əlvan metallar bazarlarında qızıl qiymətlərində növbəti artım dalğasının şahidi oluruq. 1326$-a kimi dəyər qazanaraq son doqquz ayın maksimum səviyyəsini yeniləyən bir unsiya üzrə qiymət 1340$-a kimi də bahalaşa bilər.