Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi artıq 1.14$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1232$-a ticarət edilməkdədir.
Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər.