Foreks: Dolların qiyməti daha da ucuzlaşa bilər

09 Avqust 2018

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, avro və lirənin qiymətlərində bahalaşmaya səbəb olur. Qızıl qiymətləri də dəyər qazanmaqda.

Foreks: Dolların qiyməti daha da ucuzlaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son iki ayın maksimum səviyyəsini qıra bilməyib, yenidən ucuzlaşmağa başlayıb. Artıq 0.5%-a kimi ucuzlaşaraq cari həftənin minimum səviyyələrində ticarət edilən qiymətin daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Nəticədə EUR/USD məzənnəsi də 1.1620$-a kimi bahalaşıb və 1.1630$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1700$-a kimi bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.31TL ətrafında ticarət edilir və 5.29TL-ni aşağı istiqamətdə qırarsa, 5.25 və 5.21TL-yə kimi də ucuzlaşa bilər.


Qızıl qiymətlərində bahalaşma 1222$-a kimi. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1215$-a (39.09 $/qram) ticarət edilməkdədir və 1216$-ı (39.10 $/qram) yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1222$-a (39.28 $/qram) kimi də dəyər qazana bilər.


Bu gün dolların ucuzlaşması fonunda 1%-a kimi dəyər qazanan qızıl qiymətlərinin, dünyada siyasi və iqtisadi risklərin yenidən artması ilə gələcəkdə artım dalğasının daha güclü ola biləcəyi proqnozlarını da gücləndirir.