Foreks: Dolların qiyməti diqqət mərkəzində

21 Dekabr 2017

ABŞ prezidenti Donald Trampın "Ağ Evdə" yeni qanunun lahiyəsinin qəbulun qeyd etməklərindən sonra dollar indeksi 0.3% bahalaşıb.

Foreks: Dolların qiyməti diqqət mərkəzində

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yeni vergi qanununun qəbulu öncəsi cari həftə ərzində 1% ucuzlaşsa da, çərşənbə günü ABŞ konqresində yeni qanunun lahiyəsinin qəbulundan sonra yenidən bahalaşmağa başlayıb.

EUR/USD məzənnəsi də 1.19$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və qiymət 1.19$-ın altında qaldıqca, 1.1750$-a kimi davam edə bilər.

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 3.81TL-ə kimi ucuzlaşdıqdan sonra 3.82TL-ə kimi bahalaşmağa başlayıb. Təhlillərə əsasən burada da qiymət 3.80TL-nin üzərində ticarət edildikcə, 3.96TL-ə kimi bahalaşacağı proqnozlaşdırılır.

Neft qiymətləri bahalaşmaqda davam edir.

Enerji bazarlarında Avropanın Brent markalı neftin qiyməti 64$-a kimi dəyər qazanıb və qiymət 63.60$-ın üzərində qaldıqca, 65.69-a kimi də dəyər qazana bilər.