Foreks: Dolların qiymətində 0.5%-lik ucuzlaşma

08 Avqust 2018

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, avro və lirənin qiymətlərində bahalaşmaya səbəb olub. Neft qiymətləri də dəyər qazanmaqda.

Foreks: Dolların qiymətində 0.5%-lik ucuzlaşma

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son iki ayın maksimum səviyyəsini qıra bilməyib, yenidən ucuzlaşmağa başlayıb. Artıq 0.5%-a kimi ucuzlaşan qiymətlərin daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Nəticədə EUR/USD məzənnəsi də 1.1620$-a kimi bahalaşıb və 1.1630$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1700$-a kimi bahalaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.25TL ətrafında ticarət edilir və 5.21TL-ni də aşağı istiqamətdə 5.11TL-yə kimi ucuzlaşa bilər.


Brent nefti 77$-a kimi bahalaşa bilər. 

Enerji birjalarında Avropanın Brent markalı neftin bir barel qiyməti 75$ ətrafında dalğalanır və 74$-ın üzərində qaldıqca, 76 və 77$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da dərc ediləcək Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.