Foreks: Dolların qiymətində bahalaşma

27 Sentyabr 2018

Amerika Mərkəzi Bankının faiz qərarı və ABŞ iqtisadiyyatına dair müsbət açıqlamalar dolların dünya birjalarında 1%-ə kimi bahalaşmasına səbəb olub.

Foreks: Dolların qiymətində bahalaşma

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətləri Amerika Mərkəzi Bankının faiz artımından sonra 0.7% bahalaşıb.


Beləliklə, artıq 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.16$-a kimi də ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi 6.00TL-nin üzərində ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, yenidən 6.21TL-yə kimi bahalaşa bilər.


Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 82$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 84$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.