Foreks: Dolların ucuzlaşması proqnozları

03 May 2018

Amerika Mərkəzi Bankının ehtiyatlı mövqeyi dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin qismən ucuzlaşmasına təsir edib.

Foreks: Dolların ucuzlaşması proqnozları

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının faiz qərarından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin korreksiya edə biləcəyi proqnozları daha da güclənib.


EUR: 1.21$ yenidən sınağa çəkilə bilər bilər. 

EUR/USD məzənnəsi 1.20$ ətrafında ticarət edilməkdədir və qiymət 1.20$-ın üzərində möhkəmlənərsə, 1.2050 və 1.2119$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.


Qızıla olan tələb arta bilər. 

Əlvan metallar bazarlarında isə qızıla tələb yenidən artıb və 1310$ ətrafında ticarət edilməkdədir. Qlobal iqtisadi risklərin artdığı bir şəraitdə qızıla olan tələbin daha da arta biləcəyini nəzərə alaraq, qiymətin əlavə olaraq 1316 və 1322$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.