Foreks: Dolların yenidən ucuzlaşa biləcəyi proqnozları

05 Aprel 2018

Dünya birjalarında EUR və GBP qiymətlərində növbəti artım dalğası fonunda gözləntilərin formalaşması üçün investorlar əlavə siqnallar gözləyir.

Foreks: Dolların yenidən ucuzlaşa biləcəyi proqnozları

Avropada inflyasiyanın yenidən canlanmasına baxmayaraq, ümumi iqtisadiyyat üzrə gözləntilər birmenalı deyil. Burada gələcək gözləntilərin dəqiqləşməsi üçün əlavə fundamental siqnallara ehtiyac olacaqdır. Bütün bunlar özünü EUR/USD məzənnəsində də göstərir. Belə ki, məzənnə 1.23$ ətrafında dalğalanmaqda davam edir.


Eyni sözləri İngiltərə iqtisadiyyatına da aid etmək olar və GBP/USD məzənnəsi də 1.40$ ətrafında ticarət edilməkdədir. Məhz burada da güclü bir trend müşahidə edilmir.


Lakin Amerika Mərkəzi Bankının (FED) ölkədə inflyasiyanın artdığı bir şəraitdə mülayim siyasəti, dolların yenidən ucuzlaşa biləcəyi proqnozlarının aktuallığını qorumağa xidmət edir.


Bu baxımından bu gün saat 16:30-da və cümə günü eyni vaxtda ABŞ-dan müvafiq olaraq dərc ediləcək xarici ticarət dövriyyəsi və əmək bazarı ilə bağlı fundmanetal göstəricilər də, investorlar tərəfindən böyük maraqla gözlənilir.