Foreks: FED-in açıqlamaları dolları bahalaşdırır

18 Oktyabr 2018

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının açıqlamaları dollar indeksinin bahalaşmasına səbəb olub və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

Foreks: FED-in açıqlamaları dolları bahalaşdırır

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının toplantı protokolunun yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən bahalaşmağa başlayıb.


Nəticədə EUR/USD məzənnəsi də artıq 1.15$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, son iki ayın minimum səviyyələrinə doğru 1% ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Lirə bahalaşmaqda davam edir. 

Lakin Türkiyə maliyyə bazarlarında isə dolların lirəyə nisbətən məzənnəsi ucuzlaşır. Artıq USD/TRY məzənnəsi 5.59TL-yə ticarət edilir və 5.53TL-ni də aşağı istiqamətdə qırarsa, 5.43TL-yə kimi ucuzlaşa bilər.