Foreks: FED-in açıqlamaları və dolların bahalaşması

02 May 2019

Bahalaşan dollar daha da bahalaşa bilər. Bu tendensiyaya Avrozona və İngiltərədən açıqlanacaq fundamental göstəricilər də təsir edə bilər.

Foreks: FED-in açıqlamaları və dolların bahalaşması

FED-in dünya iqtisadiyyatında risklərin azaldığını dedi. 

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika mərkəzi bankının (FED) çərşənbə günü verdiyi nikbin açıqlamalarından sonra 0.6% bahalaşıb.


EUR 1.13$-a kimi bahalaşdıqdan sonra ucuzlaşdı, Funt da ucuzlaşır. 

EUR/USD və GBP/USD məzənnələri də ucuzlaşıb. Avro 1.12, funt 1.30$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, avro 1.11 və funt sterlinq 1.29$-a kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonanın sənaye sektorunda işgüzarlığı ölçən göstəricilər açıqlanacaqdır. Saat 15:30-da isə İngiltərə mərkəzi bankının pul siyasətinə dair önəmli açıqlamaları olacaqdır.