Foreks: “Jackson Hole”, FED sədrinin çıxışı və dollar

24 Avqust 2018

Cekson Hol Simpoziumu: Avro və funtun dollara nisbətən məzənnələrində son günlər ucuzlaşmalar bu gün FED sədrinin çıxışı fonunda daha da sürətlənə bilər.

Foreks: “Jackson Hole”,  FED sədrinin çıxışı və dollar

Avro yenidən ucuzlaşır. 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.16$-a kimi bahalaşsa da yenidən ucuzlaşmağa başlayıb. Ucuzlaşmaya səbəb Avropada İtaliya ilə miqrant mövzusunda siyasi gərginliyin artmasıdır.

Təhlillərə əsasən, 1.1550$-a ticarət edilən EUR/USD məzənnəsi 1.1540$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1.1461$-a kimi də ucuzlaşa bilər.


“BREXIT”: Funt da təzyiq altında. 

İngiltərədə də “BREXIT” fonunda siyasi risklərin artması, funtun ucuzlaşmasına səbəb olur. GBP/USD məzənnəsi 1.29$-ın altında qalarsa, 1.27$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


BRENT nefti 75$-a kimi bahalaşıb. 

Enerji bazarlarında isə Brent markalı neftin qiyməti bahalaşmağa başlayıb və bir barel üzrə qiymət 75$-ın üzərində təklif edilməkdədir. Qiymət 77$-a kimi də dəyər qazana bilər.


Bununla yanaşı, bu gün baş tutacaq Amerikanın Vyominq şəhərində mərkəzi bank üzvlərinin "Cekson Hol Simpoziumu"-nda veriləcək açıqlamalar da investorların diqqət mərkəzindədir. Tədbir çərçivəsində Bakı vaxtı ilə saat 18:00-da Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povelin də çıxışı investorların diqqət mərkəzindədir.


Sonuncu dəfə Amerika prezidenti FED sədrini sərt monetar siyasəti ilə bağlı tənqid etmiş və dünya birjalarında dolların 2% ucuzlaşmasına səbəb olmuşdur.