Foreks: "NFP" xəbərinin dollara mümkün təsirləri

08 Dekabr 2017

İşsizlik səviyyəsi 4.1% olan ABŞ-da noyabr ayında yaradılan yeni iş yerlərinin sayına dair xəbərlər maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.

Foreks: "NFP" xəbərinin dollara mümkün təsirləri

Dünya valyuta birjalarında Amerikadan bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar investorların diqqət mərkəzindədir.

Xüsusilə də, işsizlik səviyyəsi 4.1% olan ABŞ-da noyabr ayında yaradılan yeni iş yerlərinin sayına dair xəbərlər maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Sonuncu dəfə qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayında dəyişikliyi ölçən göstəricinin (ing.: "NFP") gözləntilərdən zəif açıqlanması, dünya valyuta birjalarında dolların aparıcı valyutala nisbətən orta qiymətinin 2% ucuzlaşmasına səbəb olmuşdur.

Təhlillərə əsasən, "NFP" 200 min nəfərin altında açıqlanarsa, bu, dollar indeksinin 94 punktdan 93 punkta kimi ucuzlaşmasına və ya 261 - 310 nəfər arasında açıqlanarsa, 95 punkta kimi bahalaşmasına səbəb ola bilər. 310 nəfərin üzərində dərc edilən göstəricinin isə dollar indeksinin son beş ayın maksimum səviyyələrinə kimi (95.90 punkt) dəyər qazanmasına təsir edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, əvvəlki ayın göstəricisinin də redakte edilməsi diqqət mərkəzində saxlanılmalıdır, çünki bu gün yayımlanan göstəricilər fonunda dolların qiymətində bahalaşma və ucuzlaşma daha da gücləndirilə və ya satışlar daha yuxarı qiymətlərdən başlaya bilər. 

Qızıl 1244$-a kimi ucuzlaşdı. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. Artıq 1244$-a kimi dəyər itirən, qızılın bir unsiya üzrə qiymətinin 1240$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.