Foreksdə dollar bahalaşır, qızıl da diqqət mərkəzində

10 Yanvar 2020

FX: Dollar ABŞ-Çin sazişi ilə daha da bahalaşıb, AB-nin İrana qarşı sərt bəyanatı ilə qızıla tələb yenidən arta bilər.

Foreksdə dollar bahalaşır, qızıl da diqqət mərkəzində

FX: Dollar ABŞ-Çin sazişi ilə daha da bahalaşıb. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% bahalaşaraq, dekabrın orta qiymətində ticarət edilir. Dolların bahalaşması ABŞ ilə Çin arasında ticarət sazişinin ilkin mərhələsinin gələn həftə imzalanacağı xəbərləri ilə daha da güclənib. 

Son günlər dolların bahalaşmasına Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasını nəzərə alaraq, bu gün Bakı vaxtı ilə saat 17:30-da əmək bazarı ilə bağlı dərc ediləcək önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir. 


AB-nin İrana qarşı münasibəti aydınlaşacaq. 

Bununla yanaşı, bu gün Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin toplantısı və İranın hərbi hücumları və nüvə sazişindən çıxmaq niyyəti ilə bağlı ümumi bəyanat verməcəkləri də gözlənilir. 


ABŞ-ın İrana qarşı sanksiyaları güclənə bilər. 

Qeyd etmək lazımdır ki, ABŞ ilə İran arasında müharibə ehtimalları azalmağa başlasa da, AB İran mövzusunda ABŞ ilə birgə hərəkət edərsə, İrana qarşı ABŞ-ın bəyan etdiyi saksiyalar daha güclü ola bilər. 


Qızıla tələb yenidən arta bilər. 

Bütün bunlar əmtəə birjalarında, xüsusilə son günlər müharibə ehtimallarının azalması ilə geri çəkilən qızıl qiymətləri, yenidən bahalaşa bilər.