Foreksdə Dollar təzyiq altında qalmaqdadır

17 İyun 2020

FED-in yumşaq monetar siyasətinin genişləndirilməsinin təsirləri fonunda qeyri-müəyyənliyin artması ilə foreks bazarlarında dollar da təzyiq altındadır.

Foreksdə Dollar təzyiq altında qalmaqdadır

Amerika Mərkəzi Bank (FED) sədrinin konqres qarşısında çıxışında sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmağa başlayıb. Bu, Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artırması ilə əlaqədardır. 


FED-in yumşaq monetar siyasətinin genişləndirilməsinin təsirləri. 

FED-in böyük şirkətlərə 600 milyard dollarlıq əlavə maliyyə dəstək proqramı və maliyyə bazarlarında uzun müddətli gəlir faizlərinin də nəzarətə götürülməsinin təsirləri hazırda investorların diqqət mərkəzində olan əsas hadisələr arasındadır. 


ABŞ-ın tikinti və enerji bazarından göstəricilərin açıqlanması və Povelin çıxışı. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın tikinti sektoru və saat 18:30-da neft ehtiyatları ilə bağlı yayımlanacaq önəmli fundamental göstəricilər də diqqət mərkəzindədir. Saat 20:00-da Povelin konqres qarşısında növbəti çıxışı da böyük maraqla gözlənilməkdədir.