Foreksdə dollar və Breksit

17 Oktyabr 2019

Dolların digər valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma artım dalğası ilə əvəz edilə bilər, Breksitə dair sualları açıq qalmaqdadır.

Foreksdə dollar və Breksit

FX: Dollardan ucuzlaşma dayana bilər. 

Beynəlxalq valyuta birjalarında son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edildi. Buna səbəb ABŞ-dan fundamental göstəricilərin mənfi açıqlanması fonunda Amerika Mərkəzi Bankının faiz azaldılması ehtimallarıdır. 

Lakin bu, cari vəziyyətdə müvəqqəti qiymətləndirilir, çünki ümumilikdə Amerika iqtisadiyyatına və dollara olan tələb daha güclüdür. Xüsusilə də son günlər Çin, Avropa və digər inkişaf etmiş iqtisadiyyatlarla bağlı fundamental məlumatların da mənfi açıqlanması şəraitində. 


Breksit sazişinə dair cavablar üçün həftə sonuna kimi gözləmək lazımdır. 

Maliyyə bazarlarında son günlər investorların diqqət mərkəzində olan digər önəmli amil Breksitdir. Burada London ilə Brüssel arasında sazişin razılaşadırıla biləcəyinə dair artan ümidlərin özünü doğruldacağı ilə bağlı suallara cavab tapmaq üçün isə həftə sonunu kimi gözləmək lazımdır.