Foreksdə dollar və Brent nefti diqqət mərkəzində

06 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların və enerji bazarlarında neft qiymətlərindəki tendensiyalar bu gün investorların diqqət mərkəzində olacaqdır.

Foreksdə dollar və Brent nefti diqqət mərkəzində

ABŞ-ın xidmət sektorunda aktivliyin azalması xəbəri dollara mənfi təsir edə bilər. 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalarına nisbətən qiymətlərində son günlər davam edən bahalaşmanın dinamikasının zəiflədiyi müşahidə edilir. Amerikanın xidmət sektoruna dair açıqlanan zəif statistik göstəricilər də öz mənfi təsirini bu gün dollar qiymətlərinə göstərə bilər.


Brent neftinin 64$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. 

Dolların foreks bazarlarındakı tendensiyası ilə yanaşı, bu gün enerji bazarlarında neft qiymətləri də investorların diqqət mərkəzində olacaqdır. Təhlillərə əsasən, 62$-a ticarət edilən Avropanın Brent markalı neftinin bir barel qiyməti, 61$-ın üzərində qaldıqca, yenidən 64$-a kimi dəyər qazana bilər.


ABŞ-dan xarici ticarət balansı və neft ehtiyatları göstəriciləri açıqlanacaq. 

Bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.