Foreksdə dollara tələb yenidən artır

22 May 2020

Foreks bazarlarında avro və funtun ucuzlaşması, dollara olan tələbi yenidən artırmaqla, BTC-nin də ucuzlaşmasına səbəb olur.

Foreksdə dollara tələb yenidən artır

Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərəyə dair fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, investorlarda gələcək iqtisadi və siyasi narahatlıqların qalması, avronun 1.10$-da, funtun isə 1.23$-da müqavimətlə ratlaşmalarına səbəb olur. 

Foreks bazarlarında dolların bahalaşması, kriptovalyuta birjalarında Bitkoinin də dəstək səviyyələrini qıraraq, ucuzlaşmasına təsir edib. Təhlillərə əsasən, Bitkoinin qiymətində 8767$ qırılarsa, 8048$-a kimi də dəyər itirə bilər.