Foreksdə dolların bahalaşması, qızılda ucuzlaşma

12 İyun 2020

Foreks bazarlarında dollar bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olmaqdadır.

Foreksdə dolların bahalaşması, qızılda ucuzlaşma

Foreks bazarlarında dollar bahalaşdı. 

Amerikada işsizlik müavinətlərinin sayında azalma, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, dolların orta qiyməti dəstək səviyyəsinin üzərində qalarsa, 1% də bahalaşa bilər. 


Qızılda korreksiya. 

Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın da korreksiyasına səbəb olub. Beleliklə, bir unsiya üzrə qiymət 1722$-ı da aşağı istiqamətdə qırarsa, 1697$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan sənaye istehsalına dair dərc ediləcək önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.