1.6.2020 Foreksdə Dolların ucuzlaşması sürətləndi

01.06.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

1.6.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD 1.13$-a kimi bahalaşa bilər. 

Avrozonada iqtisadiyyatın yenidən canlanacağı gözləntilərinin artması, həm gərginləşən ABŞ-Çin münasibətlərinin qlobal iqtisadiyyata mənfi təsirləri ehtimallarını kölgədə qoyub, həm də avronun bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, EUR/USD məzənnəsində bahalaşma 1.13$-a kimi davam edə bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın sənaye sektoru ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır. 


Funtun qiyməti 1.26$-a kimi. 

Bu gün saat 12:30-da İngiltərənin sənaye sektoruna dair dərc ediləcək göstəricilər öncəsi GBP/USD məzənnəsində də bahalaşma davam edir və 1.26$-a kimi davam edəcəyi proqnozlaşdırılır. 


Dollarda uculaşma, Qızıl və Bitkoinın bahalaşması. 

Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar birjalarında qızılın və kripto valyutaların da dəyər qazanmasına səbəb olur. Beləliklə, bir unsiya üzrə qiymət 1740$-ın (56 $/qram) üzərində qaldıqca, 1765$-a (56.8 $/qram) kimi də dəyər qazana bilər. 

Kriptovalyuta birjalarında Bitkoinin də bahalaşması, 9612$-ın qırılması ilə 9933$-a kimi sürətlənə bilər.