“Forex”: Dolların ucuzlaşması proqnozlarının aktuallığı

12 Aprel 2018

Xarici ticarət münasibətləri fonunda FED-in narahatlığı investorlar arasında qeyri-müəyyənliyə səbəb olub: Avro və digər valyutalarda korreksiya.

“Forex”: Dolların ucuzlaşması proqnozlarının aktuallığı

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşaraq, son iki həftənin minimum səviyyələrini yenilədikdən sonra qismən bahalaşıb. Lakin maliyyə bazarlarında qiymətlərin yenidən çərşənbə gününün minimum səviyyələrinə qayıtması və altında qalması ilə növbəti güclü eniş dalğasının şahidi ola biləcəyimiz proqnozlaşdırılır.


Avro 1.2376$-ın üzərində möhkəmlənməyə çalışır. 

Belə ki, EUR/USD məzənnəsi 1.2376$-ı yuxarı istiqamətdə qırsa da, üzərində möhkəmlənə bilməyib yenidən 1.2350$ səviyyələrinə qayıdıb. Qiymət gələcək günlər ərzində 1.2396$-a kimi bahalaşarsa, artım dalğası yenidən güclənə bilər.


Neftdə bahalaşma 75$-a kimi də davam edə bilər. 

Enerji bazarlarında isə proqnozlaşdırıldığı kimi Avropanın Brent neftinin qiyməti 73$-a kimi bahalaşıb. Hal-hazırda 73-72$ aralığında dalğalanan bir barel üzrə qiymətin əlavə olaraq, 75$-a kimi də dəyər qazanması proqnozlaşdırılır.