"Forex"-də dollar ucuzlaşır, neft bahalaşır

10 Aprel 2018

Dünya birjalarında dollara olan tələbin azalması, EUR/USD kimi önəmli valyuta cütlüklərin və neft qiymətlərində bahalaşma müşahidə edilməkdədir.

"Forex"-də dollar ucuzlaşır, neft bahalaşır

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir ayın maksimum səviyyələrini yenilədikdən sonra güclü müqavimətlə rastlaşıb və 1% ucuzlaşıb. Ucuzlaşma texniki səbəblərlə izah edilsə də, fundamental tərəfdən də ABŞ-da yüksələn inflyasiya fonunda FED-in mülayim pul-kredit siyasəti dolların ucuzlaşmasına təsir edən əsas amillər arasındadır. 


Beləliklə, yenidən 1.23$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.2376$-a kimi də bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.2476$-a kimi də güclənə bilər.


Enerji bazarlarında da proqnozlaşdırıldığı kimi Avropanın Brent neftinin qiyməti yenidən bahalaşmağa başlayıb. Artıq 69$-a ticarət edilən Brent neftinin bir barel qiyməti 69.37$-ın da üzərində möhkəmlənərsə, bahalaşması 71.00$-a kimi də sürətlənə bilər.