Son günlərdə İsveçrə frankının ucuzlaşma səbəbi artıq məlumdır. Foreks bazarlarında USD/CHF cütlüyü qiymətləri hal-hazırda lokal maksimumlara yaxın dalğalanır. Bununla yanaşı, məzənnənin bahalaşması davam etsə də dinamikasının zəifləməsi də müşahidə edilməkdədir.
Bu gün Amerikadan açıqlanacaq fundamental xəbərlər, bazarda dolların zəifləməsinə təsir göstərərsə, bu cütlükdə də geri hərəkət görmək olar.
Təhlillərə əsasən, aşağı hərəkət başlasa, ilk hədəf 1.0050 olaraq qiymətləndirilir.
Artımın davam etməsi üçün qiymətlər 1.0099 səviyyəsinin üzərində möhkəmlənməlidir.