Fransa: ABŞ-ı beynəlxalq məhkəməyə verə bilərik

09 Dekabr 2019

Fransanın maliyyə naziri ölkəsinin ABŞ-ın gömrük təhdidlərini Dünya Ticarət Təşkilatında qaldıra biləcəyini bildirib.

Fransa: ABŞ-ı beynəlxalq məhkəməyə verə bilərik

Fransanın maliyyə naziri Le Mer televiziyada müsahibəsində ölkəsinin ABŞ-ın gömrük təhdidlərini Dünya Ticarət Təşkilatında qaldırmağa hazır olduğunu bəyan edib. 

"Biz təhdidləri beynəlxalq məhkəməyə, xüsusilə də "DTT"-də bunu qaldırmağa hazırıq. Rəqəmsal şirkətlərə qarşı milli rüsumlar Amerika şirkətləri ilə yanaşı, Avropa, Fransa və Çinə qarşı da yönəlmiş olacaqdır. Burada ayrı-seçkilik yoxdur", deyə nazir "France 3"-ə danışıb. 

"Lakin İƏİT-də buna dair razılıq varsa, onda bu daha yaxşıdır, çünki bu, qəbul edilmiş qlobal rəqəmsal vergi sistemi deməkdir. Lakin İƏİT səviyyəsində razılıq yoxdursa, onda Avropa Birliyi səviyyəsində müzakirələri davam etdirəcəyik", deyə Le Mer əlavə edib. 

Qeyd etmək lazımdır ki, yuxarıdaki hadisə Vaşinqtonun Fransanın şampan, pendir və luks əl çantalarına qarşı rüsumlarını artıracağını bəyan etməsindən sonra baş verib.